19 dekabr 2024 at 15:00
Jurnalist kodu: 5564
Xəbər kodu: 85694780
T T
0 Persons
Pezeşkiyan D8 Təşkilatını İsrailin təcavüzü ilə mübarizədə daha çox əməkdaşlığa çağırıb

Tehran - İRNA - İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan Səkkiz İslam Ölkəsi Təşkilatının (D8) Zirvə toplantısındakı çıxışında bu təşkilatın ölkələri arasında daha çox əməkdaşlıq göstərilməsinə və bölgə xalqının sionist rejimin təcavüzündən müdafiəsi üçün daha çox yaxınlaşma və əməli tədbirlər görməyə çağırıb.

İran İslam Respublikası Prezidenti bildirib: “Misir böyük tarixə malik böyük bir ölkədir və D8 Misir Prezidentinin rəhbərliyi ilə bir çox məqsədlərə nail olacaq.”

Pezeşkiyan deyib: “On dörd aydan artıqdır ki, Qərbi Asiya regionu, xüsusilə Qəzzə, Livanın cənubu və Suriya İslam ölkəsi qəsbkar İsrail rejiminin kütləvi hücumlarına məruz qalır.”

“Dinc əhalinin amansızcasına qətlə yetirilməsi, qadın və uşaqların qanının tökülməsi, terror və təhlükə İsrail rejiminin qeyri-qanuni məqsədlərinin təhlükənin yayılmasında yeni ölçülərini ortaya qoydu” - deyə, Prezident əlavə edib.

Pezeşkiyan çıxışının davamında deyib: “İndi bizim dini, hüquqi və insani borcumuzdur ki, daha çox birləşmək və daha təcili əməli tədbirlər görməklə, böhran bölgələrində yaxınlarımıza daha çox ziyan vurulmasının qarşısını ala bilək.”

Yenilənir...

0 Persons

Sizin rəyiniz

You are replying to: .